ZAUR USTAC : RUH VƏ YUXU HAQQINDA

652_320_61d20ff1-ruh-verme-meselesi

 

ALTINCI  YAZI

ZAUR  USTAC

RUH VƏ YUXU  HAQQINDA

Yuxu və ruh bəşər övladı yaranandan onu düşündürməyə başlamışdır. Zaman-zaman bilicilər və elm adamları bu barədə müəyyən sözlər, fikirlər söyləsələr də əsas odur ki, günümüzə qədər ruhun nə, yuxunun nə olduğu barədə heç kim dəqiq fikir ortaya qoya bilməmişdir. Bir balaca da dinin təsiri və basqısı altında bu sahə sanki, toxunulmaz elan olunmuş sirli bir tabudur. Əsasən son üç əsr ərzində bir neçə dəfə başqa-başqa elm adamları tərəfindən ciddi cəhdlər olsa da fakt odur ki, günümüzədək konkret olaraq ruhla yuxunun əlaqəsi, onların ümumiyyətlə bir-biriilə yaxın yoxsa heç əlaqəsi olmayan anlayışlar olduğunu ortaya qoyan sistemli bir fikir yoxdur. Bu yerdə elan edirəm ki, ruh və yuxu heç də çoxlarının iddia edib, dəstəklədiyi kimi sirli  aləm deyil, tam əksinə 2+2=4 edir qəbul etdiyimiz hesab kimi aydın, net bir anlayışdır. Və beləliklə, RUH MADDİDİR, YUXUGÖRMƏ HADİSƏSİ BUNU SÜBÜT EDƏN ƏN BARİZ NÜMUNƏDİR.

Ruh maddidir, bədən dediyimiz orqanizmə daxil olur və heç bir dəyişikliyə uğramadan oranı tərk edir. Ruhun bədənə istənilən vaxt daxil olub çox rahat şəkildə də tərk etdiyini qəbul etsək, eyni bir ruh  dəfələrlə  bizim üçün çox nisbi olan müxtəlif zaman və məkanlarda başqa-başqa bədənlədə ola bilməsi reallığı məntiqidir. Deməli, buradan belə nəticəyə gəlmək olar ki, RUH MADDİDİR, SABİTDİR VƏ MÜTƏHƏRRİKDİR.

Ruh maddidir – ruhun bədənə daxil olub və ya oranı tərk etməsi sübuta ehtiyacı olmayan hamının gözlə gördüyü,  görməyənlərin də görə biləcəyi real həyat hadisəsidir.

Ruh sabitdir- yəni ruh bir bədəndə olan zaman heçbir dəyişikliyə uğramır 9-yaşlı uşaqla, 90 – yaşlı ahılın ruhu arasında heç bir fərq yoxur. Bir ruh, bir bədəndə 100 il qalsa da qəti olaraq  heç bir dəyişikliyə uğramır!!!! Sadəcə çox nadir hallarda ola bilər ki, bir bədəndə başqa-başqa vaxtlarda ayrı-ayrı ruhlar mövcud olsun. Görünür bu ruhlar gəzintidən qayıdanda ünvanı səhv salırlar ya da bədəndə baş vermiş ciddi dəyişikliklər (yaxşıya və ya pisə doğru – insanın nə ilə qidalanması onun ruhuna birbaşa təsir edən amildir) əvvəlki ruhun daha həmin bədəndə yaşamasını məqbul etmir. Əksi də tam məntiqidir yeni bir ruh bu bədəndə yaşamaq istəyir.

Ruh mütəhərrikdir – onun sərbəstliyi ancaq bədən adlı evə təhkimçiliyi ilə məhdudlaşır ki, oranı da müəyyən zamanlarda tərk edib, qayıtmaq iqtidarındadır. Yuxu hadisəsi zamanı ruhlar tam sərbəst olurlar. (Onlar ya bədəndə, ya bədənin yaxınlığında və hətta ola bilir ki, zaman-məkan anlayışlarını aşaraq çox-çox uzaqlarda olurlar – bu prosesi yatdığımız zaman yuxunun dərinliyi sübut edir.)

RUHLAR İKİ ƏSAS QRUPA BÖLÜNÜR

Hamımızın dildən-dilə, ağızdan-ağıza eşitdiyimiz pis ruh anlayışı səbəbsiz deyil. Necə deyərlər, “od olmayan yerdən tüstü çıxmaz” . Pis olan yerdə bunun əksi olan yaxşı da mütləq olmalıdır. Əslində necədir? Bütün RUHLAR İKİ ƏSAS QRUPA BÖLÜNÜR. Bu qruplar da öz növbəsində yarımqruplara bölünür.

ƏSAS QRUPLAR:

  • Yaxşı (xoş) ruhlar,
  • Pis (bəd) ruhlar.

Yaxşı ruhlar da öz növbəsində iki yarımqrupa bölünür:

  • Çox yaxşı ruhlar,
  • Nisbətən yaxşı ruhlar.

Pis ruhlar da öz növbəsində iki yarımqrupa bölünür:

  • Nisbətən pis ruhlar,
  • Çox pis ruhlar.

Ruhları necə tanıyırıq? Ruhlar bir-birini tanıyırlar. Biz hər hansı bir yerə birinci dəfə getdiyimizdə, yəni tanımadığımız adamların içinə düşdükdə, məclislərdə, növbələrdə, qəbullarda, nəqliyyatda, cürbəcür yad adamlar çox olan yerlərdə heç tanımadığımız, ilk dəfə lap uzaqdan gördüyümüz adamlar haqqında anındaca müəyyən qəti fikir formalaşır və biz sanradan fikrimizdə yanılmadığımızın şahidi oluruq. Bu real həyat hadisəsi ruhların bir-birini tanıdığını açıq-aşkar sübutudur. Sözsüz ki, bütün bu anlatdıqlarım nə vaxtsa bizim ata-babalarımıza da məlum olub. Məsələn, RUHUN NÖVLƏRƏ AYRILMASINI sübut edən dəlilin izləri bizim atalar sözündə  belə bir cümlədə – uazqdan görən kimi “quşum qondu” sənə. Bu nə deməkdir? Ruhun daşıyıcısı olan bədən lazımı nöqtəyə hələ çatmamış, bədəndə olan ruh öz mütəhərrikliyi, yaddaşı və əhatə arealı əsasında anıdaca bədəni məlumatlandırir. Təbii olaraq yuvasını, evini pislikdən, gələ biləcək zərərdən qorumaq və ya xeyirə, yaxşıya  yönəltmək üçün. Bizi yanında olanda özümüzü çox rahat hiss etdiyimiz adamlarla eyni növ ruhun daşıyıcısıyıq. (Əlbətdə yaxşı və pis anlayışlarının dəyişkən qütblərdə olan tam nisbiliyini qəbul etmək şərti ilə….)

YUXUGÖRMƏ HADİSƏSİ

Yuxu (röya)  ruhun gəzintisidir. Yuxular (röyalar) üç  qrupa bölünür:

  • Keçmişin izləri,
  • Indiki zaman,
  • Gələcəkdən xəbər.

Prinsip etibari ilə yuxugörmə hadisəsi ilə bağlı müəyyən fikirlər zaman –zaman söylənilib. Xüsusi ilə ilk iki qrup barəsində tutarlı mülahizələr mövcuddur. Mən burada ancaq Ziqmund Freydin adını çəkməklə kifayətlənəcəm. (Bunun bir əsas səbəbi var ki, ancaq əmin olduğum həqiqət barədə danışmağı xoşlayıram, fikir deyəndə istinad etməyi o qədər də xoşlamıram – çünki, mən özüm əmin olmayandan sonra kimin nə deməyinin elə də əhəmiyyəti yoxdur. Sitatı ancaq və ancaq atalar sözlərindən gətirirəm – bizim hər bir Ata sözümüz cilid-cilid kitablara sığmayacq dərəcədə əhəmiyyətli elmi məna kəsb etdiyi qənaətindətyəm.) Həqiqətən də Ziqmund Freydin –dahi almin bu sahədə xidmətləri böyukdür. O, əsasən birinci qrupa aid yuxugörmə hadisəsi barədə araşdırmalar aparmış və düzgün nəticəyə gəlmişdir. İkinci qrup yuxugörmə hadisəsinə səthi toxunmuş və üçüncü qrup yuxuların da mövcüdluğunu inkar etməmiş – elə yuxular da var ki, onların sadəcə izahı yoxdur deməklə kifayətlənmişdir. Bəs əslində necədir?

KEÇMİŞİN İZLƏRİ OLAN YUXULAR (RÖYALAR) – bu nə deməkdir? Yuxarıda da qeyd etdiyimiz kimi, dahi alim də bunu qeyd etmişdir ki, gündəlik yaşam tərzimiz, fikirlər, xəyallar beynimizdə izlər qoyur ki, bu hadisələr də müxtəlif şəkil dəyişmiş formalarda yuxugörmə zamanı təzahür edir. Adətən bu cür yuxuları (röyaları) yatandan xeyli vaxt keçdikdən sonra, dırin yuxuda olduğumuz vaxt görürük – bərk yatanda. Biz yuxuda bu tip yuxuları (röyaları) görən zaman yanımızda oyaq olan –yatmamış adam bizim yuxu (röya) gördüyümüzü hiss etməz. Bu zaman ruhumuz ya bənimizdədir, ya da  bədəndən çox da uzaqda deyil. Heç bir qonaq ruh yoxdur.  Belə yuxuları görməyimizdə ruhla bədənin payı demək olar ki, əlinin əliyədir. Və belə yuxular dahi alimin də qeyd etdiyi kimi heç bir məna, əhəmiyyət kəsb etməyən keçmişin izlərindən başqa bir şey deyil.

İNDİKİ ZAMAN YUXU GÖRMƏ HADİSƏSİ – bu zaman kəsinliklə ruh bədənimizdədir. Bu tip yuxugörmələrdə qonaq ruhlar da iştirak edə bilər. Və bu tip yuxuları biz çox səthi yatdığımız zaman görürük. Əgər yanımızda oyaq, yatmamış adam olsa o bizim yuxu (röya) gördüyümüzü hiss edə bilər. Burada onu qeyd edim ki, kişilərdə eyakulyasiya ilə müşayət olunan, qadınlarda isə özünəməxsus şəkildə təzahür edən yuxular (röyalar) da məhz ikinci qrupa aiddir. Bu tip yuxularda məsələn qolumuzun kəsilmək üzrə olduğunu görüb, oyananda onun pis vziyyətdə altımızda qaldığının şahidi ola bilərik. Yaxud yuxuda bizi kimsə çağırar oyanıb həqiqətən çağrıldığımızı görə bilərik. Və ya soyuqda, yağışda, qarda qaldığımızı görüb, oyananda həqiqətən üşüdüyümüzü görə bilərik. Bu tip yuxuların (röyaların) görülməsi zamanı da bədənlə ruhun payı yarıya-yarıdır. Bəzi məqamlarda bədənin payı çox ola bilər. Bədənin payı o hallarda çox olur ki, bu vaxt ya lazımlı-lazımsız qidalardan çox yeyirik, ya da ac qalırıq bu proses müəyyən mənada ruha əziyyət verir. Belə yuxular da real həyat hadisələri, bilavasitə orqanizmin tələbləri ilə əlaqəli olub, elə bir əhəmiyyət kəsb etmir. Bir daha vurğulayıram ki, belə yuxuları (röyaları) səthi yatdığımız zaman, adətən təzəcə yuxuya gedən (yatan) zaman görürük.

GƏLƏCƏKDƏN XƏBƏR VERƏN YUXULAR – hamının sirlı,  izahı olmayan yuxular (röyalar) adlandırıb, üstündən sükutla keçdiyi, ƏSLİNƏ İSƏ ƏN ƏHƏMİYYƏTLİ YUXULAR . Bəs niyə heç kim bu barədə danışmaq istəmir və çox hallarda izahıolmayan yuxular deyirlər. Yuxugörmə hadisəsi zamanı daha çox araşdırma aparmış və əsaslı dəlilər ortaya qoymuş Ziqmund Freyd də məhz bu tip yuxuları göstərmədən sadəcə belə İZAHI OLMAYAN YUXULAR (RÖYALAR) adlandırıb, üstündən keçmişdi. Çünki, biz bu yuxuları görən zaman heç bir anlam verə bilmir, iş-işdən keçəndən sonra yadımıza düşsə, xatırlasaq onda anlayırıq. Bu da çox gec olur. Burada onu qeyd edim ki, adətlərimzdən bzə məlum olduğu kimi pis (qarmaqarışıq) yuxu (röya) gördükdə onu axar suya danışmaqda fayda var. İnsan səhər və ya gecə hövlank oyananda instinktik olaraq yuxunun (röyanın) pis olduğunu anlayıir. Əlbətdə bunu ruhu bədəni ilə həmahəng olan insanlar hiss edə bilər. Axı nə baş verəcəyi ya qonaq getmiş yaxud da qonaq qəbul etmiş ruha artıq məlumdur. Bu tip yuxuları (röyaları) görəndə  ruh bədənimizdə olmur. Ya səfərdə qonaq olurlar (zaman – məkan tanımadan), ya da qonaq qəbul edirlər. Bu yuxularda qonaq rular adətən bizim dünyasını dəyişmiş yaxınlarımızın, doğmalarımızın ruhları olur. Ancaq tanımadığımız  (yəni ruhumuz sözsüz ki, o ruhu tanıyır sadəcə bizə məlum olmayan) ruhlar da qonaq gələ bilər və ya bizim ruhumuz tamam yad bir məclisdə (bəlkə də onlar bizim bizə məlum olmayan lap uzaq əcdadlarımızdır) iştirak edə bilərlər. Belə tip yuxularda bizə nəsə xəbər verirlər, məlumat çatdırırlar, iş tapşırırlar, kömək etmək istəyirlər…. Əlbətdə, əgər anlaya bilsək….

YUXUNUN (RÖYANIN)  MÜDDƏTİ – yuxunun müddəti yuxugörmənin aid olduğu qrupa görə ani və ya təxminən bir neçə dəqiqə ola bilər. (Əlbətdə bizim zaman anlayışımıza görə.)

ÇALIŞIN  ELƏ QİDALANIN Kİ, YUXUNUZU QARIŞDIRMAYASINIZ. YOXSA, BİR VAXT RUHUNUZ DA SİZİ TƏRK EDƏCƏK….

 

16.10.1016. (12:51) Bakı.

Zaur USTAC.

© Zaur USTAC,2016.

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma