Zaur USTAC : Erich Maria Remarque yoxsa, Ramil Səfərov?

eb39c715e148-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f

Dördüncü yazı.

Zaur  USTAC

Erich  Maria  Remarque  yoxsa, Ramil Səfərov?

Dəyərli oxucum, bu yazını yazmaqda  yeganə  məqsədim bizə faydalı olanı göstərməkdir. Odur ki, qarşımda nə heç kimi  tərifləmək,  nə də pisləmək kimi bir məqsədim yoxdur. Bu yazdıqlarım sadəcə mənim düşündüklərimdir və səni qane etməyə də bilər. Yazı necə yarandı? – Əlbətdə, bütün mövcudiyyatın bir yaranış səbəbi və məqsədi mütləq vardır. Əvvəlcə ən yaxın ətrafda, sonra isə nisbətən geniş çevrədə araşdırma apararkən məlum oldu ki, xüsusən də gənclərimizin çoxu, (əsasən 17-25 yaş arası- demək olar ki, kitab aləminin dərinliklərinə baş vurduqları  lap erkən dövrlərdə, mütaliənin ən şirin çağlarında) deyərdim ki, müəllifinə görə kitab oxuyanların  adlarını çəkdiyi on müəllifdən biri Erich  Maria  Remarque oldu. Deyəcəksiz, burda qəribə nə var ki, belə də olmalıdır. Təbii haldır. Yuxarıda qeyd etdiyim kimi mənim bu yazıda heç kimin yazdıqlarına qiymət vermək fikrim və ya nəyin yaxşı, nəyin pis olduğunu  açıqlamaq deyə bir məqsədim yoxdur. Onu da qeyd edim ki, nisbilik baxımından bunun elə bir əhəmiyyəti də yoxdur. Ancaq, belə sual bir meydana çıxır: – Niyə bəs on müəllifdən biri Erich  Maria  Remarque olur?  Bu suala kəsədən  bəs  gənclər nə oxusun, özümüzdəkilərin çoxu cəfəngiyyat və ya zamanla ayaqlaşmayan yazılar, digərlərinə üz tutanda da əbədiyaşar Erich  Maria  Remarque  ilk onluğa düşməyə  həqiqətən  layiq  bir yazardır, deyə cavab verib, söhbəti buradaca tamamlamaq olardı. Ancaq, Sizi inandırım  ki, bu heç də belə deyil. Xüsusən də yuxarıda qeyd olunan oxucu kütləsi – araşdırmaçılar (hamı  oxumaqdan,  mütaliədən  danışır  mən nə oxuyum?) qrupu, yəni, hələ özünün bir istiqaməti, dünyaya baxışı formalaşmamış gənc oxucuların böyük bir qismi Sizə deyim ki, Erich  Maria  Remarque nin hələ öz sağlığından bu günə ağızdan-ağıza dolaşan adının hesabına onu seçir. Yəni müəllifə görə əlinə düşən, ilkin variantda qrup yoldaşının, dostun, tanışın hər-hansı bir kitabını oxumağa başlayır və təbii prosesin davamı olaraq o da öz növbəsində dostuna, qrup yoldaşına tövsiyyə edir və hazır oxuduğu kitabı verir. Söhbətin bu yerinə qarşıda qayıtmaq şərti ilə burada kiçik bir haşiyəyə çıxaq və Erich  Maria  Remarque nin yazıb-yaratdığı və məşhurlaşdığı dövrə qısa bir nəzər salaq. Demək olar ki, bu dövrdə – söz, məlumat aclığı zamanı- qəzet, jurnal və kitabdan başqa bu boşluğu doldurmağa elə bir vasitə yox idi. Məhz bu zamanda da hamıya məlum və doğma olan, – “kişi düz deyir də”- konteksində yazılarla ortaya çıxan Erich  Maria  Remarque tezliklə şöhrət qazandı və bir-birinin ardınca yüksək tirajlarla nəşr olunmağa başladı. Çox keçmədən  dünyanın əksər ölkələrinə  yayıldı. O vaxtdan dünyada çox hadisələr baş versə də, qayələr, ideyalar, fikirlər, yayım yol və üsulları  dəyişsə də Erich  Maria  Remarque məşhurluğuna zərrə qədər də olsa xələl gəlmədi. Əksinə “kişi düz deyir də”- konteksində düşünənlər həmişə çox olduğuna  və bu nisbət daim artığına görə, tam təbii prosesin nəticəsi, eyni zamanda məntiqi olaraq onun şöhrəti də artdı. Sözün əsl mənasında nə qədər gözəl bir haldır ki, illər sonra Erich  Maria  Remarque üçün olduqca ucqar  bir məmləkətdə (bəlkə də sağlığında onun heç tanımadığı, adını belə eşitmədiyi bir ölkədə) onun haqqında danışır onun yazdıqlarından söhbət açırıq. Bu çox xoşdur. Ancaq indi görək bizim sevimli yazarımızın yazdıqlarını oxumaq bizə nə dərəcə də vacibdir. Ümumiyyətlə oxumalıyıqmı? Mən deyərdim ki, elə əsərlər vardır ki, xüsusən də yuxarıda qeyd olunmuş kateqoriyasında olan oğlanların oxumsı heç də məqsədəuyğun deyil. Bir daha qeyd edirəm bunun Erich  Maria  Remarque nin  necə yazar olmasına  heç bir aidiyyatı yoxdur. Sadəcə elə yazılar var ki, çox gözəl alternativ variantlar olduğu halda gənclərin, xüsusən də yeniyetmə oğlanların bizim halhazırki dövrümüzdə onları oxuması məqsədəuyğun deyil. Mənim burada heç bir təhlil aparmaq fikrim yoxdur. Sadəcə iki nümunə adını qeyd edib oxuyub nəticə çıxarmağı Sizin öz öhdənizə buraxa bilərəm. Birinci götürək  sevimli yazarımız Erich  Maria  Remarque nin “Qərb cəbhəsində yenilik yoxdur” (Ana dilimizdə) kitabını, onu qeyd edim ki, gənclərimizin çoxu rus dilində, son illər ingilis, alman, fransız dilində də olan kitablarını böyük həvəslə oxuyurlar.

Alternativ olaraq isə elə bir əsər seçdim ki, iynənin ucu qədər də olsa  heç kimdə narazılq doğurmasın  və ya bu yazıda nəsə bir başqa marağın olduğu barədə şübhə oyanmasına imkan verməsin. Bu kitab olsun, Ramil Səfərovun Budapeşt, Kozma həbsxanasında Macar dilindən doğma Ana dilimizə tərcümə etdiyi (başqa dillərdə də tapıb oxumaq olar) Ferenc Molnarın (Ferens Molnar) “Pal küçəsinin oğlanları”  (“A Pal utcai fiuk”) əsəri. Sonda lap səmimi bir qeyd etmək istəyirəm: – “Vallahi əmimiz oğlu deyil, dayımız oğlu deyil, biri Alman, biri Macar ,  üçdə alacağımız, beşdə verəcəyimiz yoxdur,  ruhları şad olsun…” – indi nə vaxt imkanınız olsa, rast düşsə bu kitabların ikisini də oxuyun. Sonra özünüz qərar verin bunlardan hansını oxumaq, Azərbaycan yeniyetməsi, gənci, sabahın Əsgəri, Vətən müdafiəçisi üçün daha vacibdir????  Yaxud da Rmil Səfərov niyə məhz “Pal küçəsinin oğlaları” əsərini seçdi???? Siz seçim qarşısında qalsaz, Ramil Səfərovun seçimini təkrarlayardınızmı yoxsa????

11.10.2016.  Bakı.

Zaur USTAC.

© Zaur USTAC,2016.

 

 

 

 

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma